Standart Porsche Cayenne avtomobili 285 ton ağırlığında “Airbus A380” sərnişin təyyarəsini buksir kanatı ilə çəkərək anqardan çıxarıb.
Porsche avtomobil konserni və Air France aviaşirkətinin əməkdaşlığı çərçivəsində yeni dünya rekordu vurulub.
Fransanın paytaxtı Parisdəki /Şarl de Qoll hava limanında Porsche Cayenne Turbo S avtomobili “Airbus A380” təyyarəsini anqardan çıxarıb.
Bu nəticə Ginnesin Rekordlar Kitabına düşüb.
Porsche Cayenne Turbo S-in standart versiyası 570 at gücündə mühərriklə təchiz olunub.