04 may 2017 00:11
427

Kim Çen İn hansı futbol komandasının azarkeşidir?

Nə Bavariya, nə də Real Madrid

Şimali Koreya lideri Kim Çen İn son dövrlər dünya mətbuatının gündəmindən düşmür.

İngiltərənin "The Sun" qəzeti Kim Çen İnin hansı futbol komandasına azarkeşlik etdiyini yazıb. Xəbərə əsasən, Şimali Koreya lideri İtaliyanın "Cagliari" futbol komandasına azarkeşlik edir.

Məsələ burasındadır ki, Şimali Koreyanın 18 yaşlı futbolçusu sözügedən komandada top qovur. Bu səbəbdən Kim Çen İn 18 yaşlı hücumçu Kvanq Sonq Hanın oynadığı komandaya azarkeşlik edir.