Sinqapurda təşkil edilən bir tədbirdə çıxış edən Coanna Qvaas yaşına rəğmən gənclərə meydan oxuyub.
92 yaşlı Coanna gənclərin də çətinliklə öhdəsindən gəldiyi gimnastik hərəkətləri çox asanlıqla yerinə yetirib.
3 yaşından gimnastika ilə məşğul olan Qvaas bir çox yarışda birinci yer tutub. Bu günə qədər 11 medal qazanan Coanna 86 yaşında "Ginnesin Rekordlar Kitabı"-na daxil edilib.
92 yaşlı nənə gimnastika ilə yanaşı velosiped sürməklə də məşğul olur.