"Mercedes" "Audi S3" modelinə rəqib hazırlayır
"Mecedes-AMG" şirkəti "Audi S3" modelinə rəqib hazırlayır.
"Mercedes A-Class" modelinin sınaq yürüşləri keçirilib. Mütəxəssislərin fikrinə görə yeni model "A45 AMG" modelini əvəz edəcək.
Prototipin sınaqları Avropada keçirilib. Şirkət mühəndisləri avtomobilin kuzovunu başqa rənglə boyayıb gizlətməyə çalışsalar da, səsboğucular və əyləc qəlibləri uzaqdan seçilir.
Onun rəqibi "Audi A3" modeli isə 2 litr həcmli, 4 silindrli turbo mühərriklə təchiz edilib. Aqreqat 340 at gücü hasil edir. Çox güman ki, eyni rəqəmləri "Mercedes-AMG"-dən də görəcəyik.