Britaniyalı psixoloqlar yeni kəşfə imza atıblar.
Alimlərin bəyənatına əsasən hündürdən söyüş söyən insanlar intensiv fiziki gərginliyi azaltmaq üçün ən yaxşı iş görürlər.
Psixoloqlar bildiriblər ki, söyüş söyən insan stress vaxtı fəallaşan simpatik sinir sistemini stimullaşdırırlar. Bu səbəbdən söyüş söymək qısa müddətə insanı daha güclü edir.
Tədqiqatçılar iki eksperiment həyata keçiriblər. Birinci eksperimentdə 29 nəfər velotrenajorda standart testləri həyata keçiriblər. İkinci sınaqda isə 52 nəfər könüllü espander (əli gücləndirmək üçün sıxılan halqa) sıxıblar. İlk olaraq təcrübədən keçənlər ucadan söyüş söyə-söyə tapşırığı yerinə yetiriblər. Sonra isə eyni hərəkətləri neytral sözləri təkrar edə-edə yerinə yetiriblər.
Məlum olub ki, söyüş söyən şəxslər daha yaxşı nəticə göstəriblər. Söyüşün gücə necə təsir etdiyini alimlər yaxın vaxtda araşdıracaqlar.