Bavariya şirkəti "BMW"-nin M2 modelini yeniləyib.
Yenilənmiş modelin iki fotosu internetə sızdırılıb. Sonradan fotolar internetdən silinsə də, Belçikanın internet səhifəsi fotoları kompüterin yaddaşına köçürə bilib.
Fotolardan da məlum olduğu kimi M2 modelində elə də ciddi dəyişikliklər yoxdur. Gözlənildiyi kimi yeni model işıq diodlu yeni fənərlərə qovuşub. Eyni zamanda avtomobilin arxa fənərləri də yenilənib. Salonda kiçik kosmetik yeniliklər gözlənilir. Bu sıraya "iDrive" informasiya-əyləncə sistemi daxildir.
Texniki cəhətdən dəyişiklik yoxdur. Kapotun altına 3 litr həcmli, altı silindirli turbo mühərrik yerləşdirilib. Aqreqat 370 at gücü hasil edir.