10 may 2017 16:08
1182

Yeməyi sol tərəfinizlə çeynəyirsinizsə...

12-17 yaş arası 6600 yeniyetmə arasında aparılan elmi araşdırmada məlum olub ki, insanların çənə quruluşuna baxaraq onun səhhəti və uşaqlığı haqqında məlumatlar öyrənmək olar.

Publika.az çənəyə görə sağlamlıq analizini təqdim edir.

Çənə quruluşunuz sağlamlığınız haqqında nə deyir?

Çıxıq çənə

Çıxıq çənəli insanların möhkəm əzələləri və güclü skelet quruluşları var, ancaq köklüyə meyllidirlər. Çənənin çıxıq və simmetrik olması irsidir.

Çənənin geridə olması

Alt çənənin geridə olması inkişaf etməmiş əzələ sistemi, elastik skelet quruluşu, zəiflik və rəng korluğunun təzahürüdür. Bu tip çənəyə sahib insanlar daha az çəkidə dünyaya gəlir.

Asimmetrik çənə

Asimmetrik çənə doğuşdan gələn bir problem deyil, sonradan inkişaf edir. Uşaqlıqda kifayət qədər protein qəbulu, erkən süddən kəsilmə, ağır metalların təsiri, köklük və siqaret kimi xarici faktorların təsiri ilə meydana gəlir.

Çıxıq və geriyə doğru olan çənələr də asimmetrik ola bilər. Bu, gözlə fərq edilməz, ancaq diş həkimləri anlaya bilər. Əgər aşağıdakı əlamətlər sizdə rast gəlinirsə, deməli çənəniz asimmetrikdir.

Yeməyi sağ tərəfin və ya sol tərəflə daha çox çeynəyirsinizsə;

Dişlərinizi yeməkləri parçalamaq üçün istifadə edir və üyütmürsünüzsə;

Diş ərpi bəzi dişlərdə daha çoxdursa;

Tez-tez diş ətləri qanayırsa;

Simmetrik və düz çənə

Bir araştırmaya görə, simmetrik və düz çənəsi olan insanlardan xarici faktorlardan təsirlənməz.