11 may 2017 14:41
413

Ölümdən qabaq keçirilən hisslər müəyyən edilib

Alimlər insanın ölümündən qabaq keçirdiyi hissləri müəyyən ediblər

Xəstəxanada 65 yaşlı pasiyentlərin hamısı bu mükəmməl testdən keçib

Elmi cəhətdən təsdiqlənib ki, ölümə bir il qalmış insanlar həyatlarının bitdiyini anlayırlar.

Amerika alimləri apardıqları araşdırmalardan belə qərara gəliblər ki, ölməmişdən qabaq insanlar dəfedilməz həyəcan hissi keçirirlər və nəticədə dərin depressiyaya düşürlər. Ekspertlər xüsusi test təşkil ediblər və bu testin köməyi ilə insanın ölməmişdən qabaq  hansı hissləri keçirdiyi mümkün olub.

İllər ərzində 10 mindən çox 65 yaşlı pasiyent bu testdən keçiblər. Testdən bir il sonra onların yarısından çoxu dünyalarını dəyişib.  Araşdırmanın nəticəsinə görə, məhz həmin insanlarda həyəcan hissinin yüksək olduğu, özünü təhlil etmək səviyyəsinin aşağı olması və həvəssizlik hissləri olub. Bu kimi göstəricilər hormonal fonun dəyişikliyindən baş verir ki, bu da praktiki olaraq insanları emosional olaraq yolun sonuna hazırlayır.