ATV.az Rusiya mətbuatının məlumatına əsasən xəbər verir ki, Xakasiyanın Sayanoqorsk şəhərində xəstə reanimasiyadan çıxaraq mağazaya getmək üçün xəstəxanadan qaçıb.
Hadisə şahidləri xəstəxana yaxınlığındakı bazarda ağ mələfəyə bürünmüş adam gördüklərini bildiriblər. Kişinin bədənində təzəlikcə edilən əməliyyatın izləri olub. Şahidlərin sözlərinə görə, o pivə almaq istəyirmiş, ancaq mağaza sahibi ona piyvə satmaqdan imtina edib və polis çağırıb.
Nəticədə polis pivə almaq üçün reanimasiya şöbəsindən qaçan xəstəni xəstəxanaya qaytarıb.