15 may 2017 16:08
425

“Toyota” uçan avtomobilin hazırlanmasına investisiya ayırır

Yaponiyanın “Toyota” korporasiyası “SkyDrive” uçan avtomobil layihəsinə 350 min dollara yaxın investisiya ayırmağı planlaşdırır.

Interfax informasiya agentliyi xəbər verir ki, reaktiv avtomobillərin sınaq uçuşları 2018-ci ilin sonlarına təyin olunub. 2020-ci ildə isə bu avtomobillər Tokioda Olimpiya məşəlinin yandırılması mərasimində iştirak edə biləcəklər.

Hazırda “SkyDrive” layihəsi üzərində könüllü əsaslarla korporasiyanın mühəndislər qrupu işləyir.

Rotorlar vasitəsi ilə havaya qalxacaq uçan avtomobillər 10 metr yüksəklik və saatda 100 kilometr sürət yığa biləcək. Onlar, həmçinin yerdə də hərəkət edəcək. Bu halda maşının maksimal sürəti saatda 150 kilometrə çatacaq.