16 may 2017 14:33
2989

Saçlarla bağlı sübut olunmuş maraqlı faktlar

Tez-tez uzun və sağlam saçlara necə malik olmaq, haçalanmış saç uclarından necə qurtulmaq, saçları hansı şampunla yumaq barədə məqalələrlə rastlaşırsınız. Bu məqaləmiz isə fərqlidir: Biz sizi aşağıda “billionnews.ru” saytına istinadən insan saçlarının maraqlı və qeyri-adi xüsusiyyətləri barədə məlumatlarla tanış edəcəyik:

 Hər gün insan orta hesabla, 60-100 saç itirir. Bu rəqəm fəsillə, qidalanma və ağrılarla bağlı bir qədər fərqli ola bilər.

Bir saç telinin ömrü təxminən 3-7 ildir.

Başda orta hesabla 100 min tük olur. Saçların sıxlığı həmçinin onun rəngi ilə birbaşa əlaqəlidir. Açıq rəngli saçlar qara və tünd rəngli saçlardan daha gur olurlar.

Tədqiqatlar göstərir ki, saçlar nə qədər qısa olarsa, onlar uzanmağa daha çox meyilli olurlar. Qısa saçlar bir ay ərzində 1sm, uzun saçlar isə cəmi 5 mm uzana bilirlər.

Keçəlləşmə zamanı insanlarda digər insanlarla eyni sayda tük tökülür, sadəcə onlarda çıxan saç tüklərinin yenisi ilə əvəzlənməsi dayanır.

Dünyanın ən uzunsaçlı insanı çox qəribə olsa da, kişidir. Onun saçları təxminən altı metr uzunluğundadır. O, saçlarını 31 il ərzində kəsməməklə bu rekorda imza atıb. 

Bir tükün çəkisi maksimum 100 qrama bərabər ola bilər.

İnsan ömrü ərzində bir tük follikulundan təxminən 30 saç inkişaf edir.

Bütün ömrüboyu saçlar kəsilməzsə, onların maksimum uzunluğu 725 km-ə çatar.

Saçı spektral analiz etməklə, insanın sağlamlığı haqqında məlumat əldə etmək olar. Saçın insan orqanizminə daxil olan müxtəlif mikroelementləri əks etdirmək kimi unikal bir xüsusiyyəti vardır. Məhz bu üsulla Napoleonun zəhərlənərək öldürüldüyü müəyyən olunmuşdu.