16 may 2017 23:55
555

Vətənə xəyanət heç zaman bağışlanmır

Hələ bir neçə il əvvəl Xədicə İsmayılın xarici kəşfiyyat orqanları ilə əlaqələrini sübut edən faktlar mətbuatda işıqlandırılmışdı. ABŞ Senatı aparatının Xarici Əlaqələr Komitəsinin tədqiqatçıları Con Zadrozni ilə Daniel Vajdiçin Azərbaycana səfəri zamanı Xədicə İsmayılla görüşünün məqsədi də ölkəmiz əleyhinə təbliğatda belə xəyanətkarlardan istifadə etmək idi.

Rəsmən Senatın əməkdaşları kimi təqdim etsələr də C.Zadrozni və D.Vajdiçin ABŞ kəşfiyyat orqanlarına, daha doğrusu, qeyri-leqal kəşfiyyata birbaşa bağlılığı ilə əlaqədar məlumatlar da açıqlandı. Bu faktı “Azadlıq” radiosunun keçmiş prezidenti Ceffri Qodmin “The Beston Globe” qəzetində dərc olunan məqaləsində də təsdiqləyib. Bildirib ki,  radionun Bakı bürosuna rəhbərlik edən Xədicə İsmayıl xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq edən  jurnalistlərdəndir.

“Azadlıq” radiosunun müxbiri kimi Azərbaycan əleyhinə silsilə verilişlər təşkil edən, xəyanətlərinə görə lənətlənən Xədicə demək olar ki, Qərbin formalaşdırdığı “beşinci kolon”un öndə gedənlərindəndir. Vergidən yayınma, külli miqdarda vəsaiti mənimsəməsi maddəsi ilə azadlıqdan məhrum olunan Xədicənin ermənipərəst qüvvələrlə iş birliyini təsdiqləyən faktlar da istənilən qədərdir. Bu sahədə də AXCP sədri, silahdaşı Əli Kərimli, onun oğlu Türkel Kərimli  ilə birgə çalışan Xədicə qeyri-hökumət təşkilatları ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan əleyhinə aksiyalarda ermənilərlə əməkdaşlıq edərək həqiqi simasını bəlli edir.

Ənənəsinə sadiq qalaraq 3 May- Dünya Mətbuat Azadlığı Günündə əl-Cəzirə telekanalının ingilisdilli saytında “Araşdırma jurnalistikasının artan önəmi” başlıqlı məqaləsində belə Azərbaycanla bağlı əsası olmayan “arqumentlərini” həqiqət kimi qələmə verməyə çalışan Xədicə hətta onun yazdıqlarını təkzib edən, ölkəmizdə söz, mətbuat azadlığının qorunması üçün demokratik islahatların aparılmasını real faktlarla diqqətə çatdıran jurnalistləri belə hədələyir. Təbii ki, Azərbaycanın dünyada möhkəmlənən mövqeyinə kölgə salmaq üçün “beşinci kolon”dan, belə xəyanətkar qrupun fəal üzvlərindən olan Xədicə və Əli Kərimli kimilərdən istifadə həmişə ermənilərin marağına xidmət edir. Xədicə kimi “jurnalistlər””, “bloqqerlər” antiazərbaycan, Qərb qüvvələri tərəfindən dəstəklənmələri sayəsində özlərini “azadlıq uğrunda mübarizlər” kimi qələmə verir”, qarşılığında dilənci payı alırlar.

Qəribədir ki, Qərb diplomatları belə fürsət düşən kimi onların “cəsurluğuna” və demokratiya uğrunda mübarizliyinə” istinad edərək Azərbaycan əleyhinə kampaniyalardan istifadə edirlər.

Bəzi hallarda “beşinci kolon””un Xədicə İsmayıl, erməni əsilli Leyla Yunus kimilərini “hüquq müdafiəsi”” mükafatlarına təqdim etməklə də onları “haqq işi uğrunda” mübariz” adlandıraraq özləri üçün agent bazası yaradırlar. Xarici klanlardan aldıqları pullar hesabına maddi durumunu yaxşılaşdıran xədicələr, əlikərimlilər başqa yollarla da vəsait əldə etməkdən əl çəkmirlər.

 Nə qədər yaxın olsalar da genlərində olan xəyanət simptomları dostluqlarına xələl gətirir. İllərdən bəri can-ciyər olan Xədicə İsmayılla Əli Kərimlinin “siyasi məhbus” məsələsində haqq-hesabları düz gəlmədiyi üçün aralarında qarşıdurma belə yaranıb. Azərbaycana qarşı xəyanətdə düşüncələri eyni mənbədən qaynaqlansa da ölkəmizdə olmayan, özləri kimi xəyanətkarları, Vətəni satanları, bir sözlə, mühacir həyatı yaşamaq üçün xarici ölkələrdə sığınacaq tapmaq istəyənləri “siyasi məhbus” adlandırıb vəsiqələr verilməsində yollar ayrılır. Bu da xəyanətin başqa növüdür. Əvvəllər özünü jurnalist kimi təqdim edib, hazırda “hüquq müdafiəçisi” kimi “fəaliyyətə” başlayan, Əli Kərimlinin “fikir ortağı” sayılan Xədicə başqa vasitələrlə pul qazanmağın yollarını axtarır. Xarici məddahları ilə qırılan əlaqələrini bərpa etmək, var-dövlət sahibi olmaq üçün Azərbaycan əleyhinə yazılar yazmağa üstünlük verən Xədicə özü də yaxşı bilir ki, dedikləri həqiqətdən çox-çox uzaqdır. Milli xəyanətkarlıqda irəli gedən Xədicə İsmayıl antiazərbaycan ruhlu, cəfəng bəyanatları, təhqiramiz yalanları, cəmiyyətə meydan oxumaq cəhdləri üçün xaricdəki himayədarlarından külli miqdarda vəsait alsa da haram tikə ilə varlanmağın mümkün olmadığını da bilməlidir. Yuxarıda adı çəkilən yazısı üçün ermənilərdən mükafat alması da bəllidir. Saxtalaşdırılmış informasiyanın təqdimatı isə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa bərabər xəyanətdir. Xədicə isə illərdir xəyanət bataqlığının içərisindədir.

Xuraman İsmayılqızı, “İki sahil”