18 may 2017 01:06
1008

Dünyanın ən bahalı sırğaları satıldı

"Sotheby's" hərrac evi dünyanın ən bahalı sırğalarını satıb.

Sırğalara 57 milyon dollar ödənilib. Müxtəlif rəngli sırğalar armudşəkilli mavi və çəhrayı rəngli brilliant daşlardan hazırlanıb.

Qiymətli daşlar hazırda sırğa kimi çox dəyərlidir. Bundan başqa, nadir tapılan daşlar olduğu üçün də dəyəri artır.

Mavi rəngli brilliant daşlı sırğa 42 milyon dollara, digər sırğa isə 15 milyon dollara satılıb. Bildirilir ki, sırğaları bir nəfər alıb.