Kimsə deyəndə ki, sizə 1 möcüzəvi qida məhsulundan danışacam, insanın ağlına ilk gələn bu olur: o ya xərçəngi müalicə edəcək, ya da ona qalib gələcək. Hamımızın yaxşı tanıdığı pomidor məhz belə qida məhsuludur. Belə ki, ekspertlər pomidoru mədə xərçəngi xəstəliyi ilə mübarizədə ən effektli üsul hesab edirlər.
2013-cü ildə "US National Library of Medicine National Institutes of Health" tibbi jurnalında qidada çox miqdarda qəbul edilən pomidorun qastrit xərçənginə yoluxma riskini azaltması ilə bağlı məqalə nəşr olunub. Lakin bu məlumatın həqiqətə uyğun olub-olmamasını yoxlamaq üçün alimlər tərəfindən tədqiqat aparılmağa başlanıldı.
Ümumiyyətlə, mədə xərçəngində xərçəng hüceyrələri tez bir zamanda artaraq yayılma gücünə malikdir. Əgər vaxtında müalicə olunmasa, daha da arta və cərrahi müdaxiləyə və başqa problemlərə gətirib çıxara bilər. Elmə bu xəstəliyin səbəbi məlum olmayan bir vaxtda ekspertlər mədə xərçənginə məhz bağırsaq iltihabının, poliplərin, infeksiyaların, daha da dəqiq desək, H.plori bakteriyasının səbəb olduğunu düşünürlər.
“Oxford Academic's Journal of National Cancer Institute" jurnalında nəşr olunan məqalədə aparılan 12 təcrübədə pomidorun tərkibindəki likopen adlı antioksidləşdirici maddənin xərçəng hüceyrələri ilə mübarizə aparması öz əksini tapıb. Yapon alimləri apardığı tədqiqat zamanı yüksək dozada qəbul edilmiş likopen maddəli qidanın mədə xərçəngi ilə mübarizə apardığının şahidi olublar. Bu yaxınlarda 1 qrup italiyalı ekspert də pomidorun mədə xərçəngini müalicə etdiyini elan ediblər. Onlar bunu pomidor ekstraktının möcüzəvi təsiri ilə əlaqələndirirlər.
Leyla Şıxəliyeva, “İki sahil"