22 may 2017 14:37
444

Gümüşün qeyri-adi xassəsi aşkarlanıb

Britaniya alimləri gümüşün müalicəvi xassəsi haqqında bir çox tədqiqatlar həyata keçiriblər. Onlar aydınlaşdırıblar ki, gümüş insanı xərçəng xəstəliyindən müalicə etmək xüsusiyyətinə sahibdir.

Məlum olduğu kimi, gümüş uzun müddətdir ki, antimikrob və sağaldıcı vasitə kimi istifadə olunub. Lakin bu yaxınlarda alimlər yeni fikir irəli sürüblər ki, gümüş onkoloji xəstəliklərlə mübarizədə effektli vasitə hesab oluna bilər.

Britaniya alimləri apardıqları laborator araşdırmalarda  140 saatdan çox bir müddətdə xərçəng hüceyrələrində gümüşün təsirinə məruz qaldığını müəyyən ediblər. Nəticələr elmi nəşrlərdə dərc olunub.

Nəticələr alimləri heyrətləndirib. Beləliklə onlar qeyd ediblər ki, gümüş birləşmələr heç bir əks təsir olmadan bədxassəli patalogiyaları məhv etməyə qadirdir.

Araşdırmalardan sonra mütəxəssislər  bu metalın xeyirli xassəsini daha da geniş şəkildə tədqiq etməyi qərara alıblar. Gələcəkdə isə gümüş tərkibli preparatların hazırlanması həyata keçiriləcək.