23 may 2017 00:36
471

NASA astronavtları açıq kosmosa çıxacaqlar

NASA astronavtları Beynəlxalq Kosmik Stansiyanın təmiri üçün açıq kosmosa çıxacaqlar.

Plana daxil olmayan bu missiya 23 may tarixində baş tutacaq. NASA bu missiyanı Peqqi Uitson və Cek Fişerə həvalə edib. Təmir işləri Amerik saatı ilə 08:00 radələrinə təyin edilib.

21 may tarixində Beynəlxalq Kosmik Stansiyanın MDM- retranslyatorlarından biri sıradan çıxıb. Stansiyada iki belə qurğu fəaliyyət göstərir.