25 may 2017 22:51
548

Şərf toxuyub Ginnesin rekordlar kitabına düşdülər

Hindistanda toxuculuq sevənlər klubunun bir neçə üzvü 14,09 kilometr uzunluğunda şərf toxuyub. Trend-in məlumatına görə, onlar bu nəticə ilə Ginnesin rekordlar kitabına düşüblər.

Şərfin toxunması fevral ayından başlayıb və bu prosesdə 700-dən çox qadın iştirak edib.

Hindistanlı qadınlarla yanaşı, toxuculuq prosesində Dubay, Honkonq, Sinqapur və Polşadan olan qadınlar da iştirak ediblər.

Qeyd edək ki. 2016-cı ildə həmin klubun üzvləri 1022 kvadratmetrlik yorğan toxumuşdular.