26 may 2017 23:11
558

SOCAR-ın Təlim Mərkəzinə sənəd qəbulu başladı

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi və Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə sənəd qəbulu başlamışdır 

SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə və Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə 2017-2018-ci tədris ili üçün aparatçı,elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, kompressor qurğularının maşinisti, nasos qurğularının maşinisti, nəzarət ölçü cihazları və avtomatika, qazla kəsən, I-II dərəcə iş qrupu üzrə IV dərəcəli dalğıc peşələri üzrə sənəd qəbulu elan edilmişdir. Müsabiqədə yaşı 29-dan yuxarı olmayan, Sumqayıt şəhərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, eləcə də hərbi mükəlləfiyyətli (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər iştirak edə bilərlər. Sənəd qəbulu elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının ''Karyera'' bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt-bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər 05 iyun 2017-ci il tarixinədək qəbul ediləcəkdir. 

Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yazılı müraciət göndərə bilərlər.