01 iyun 2017 00:25
456

Mühəndislər "Ferrari 488" modelini təkmilləşdirdilər

"Novitec Rosso" atelyesinin mühəndisləri "Ferrari 488" modelini təkmilləşdiriblər.

Əvvəldən də mükəmməl olan avtomobil tüninqdən sonra daha da yaxşılaşıb.

Superkar yenilənmə sayəsində daha aqressiv görünüşə malikdir. Avtomobilin bir çox detalı karbon lifindən hazırlanıb. Təkər arkaları genişləndirilib. 22 düymlük təkərlər sayəsində daha gözəl xarici görünüş əldə edilib. Bununla belə, asmalığın yenilənməsi sayəsində avtomobil yerə daha da yaxın olub. Pnevmaik sistem isə müxtəlif maneələri asanlıqla keçməyə imkan verir.

Mühəndislər mühərrikə də "əl gəzdiriblər". 3.9 litr həcmli, tvin-turbo, V8 tipli mühərrik 772 at gücü hasil edir. Bu isə standart "488" modelinə nisbətən 102 at gücü daha çoxdur.