Tibb aləmində qəribə hadisə
Böyük Britaniyada yerli sakin Monika Ceffri güldüyü zaman boyun fəqərəsini zədələyib. Ən maraqlısı budur ki, 5 il bundan qabaq o, asqırdığı zaman buna bənzər bir zədə almışdı.
Qadının sözlərinə görə, işdə onun boynu ağrıyıb və bir saatdan sonra məlum olub ki, o, iş yoldaşının zarafatına güldüyü zaman boynunu zədələyib. Xəstəxanada tomoqrafiya olunandan sonra Monikanın ikinci dəfə boyun fəqərəsinin zədələndiyi aşkarlanıb.
İlk insident beş il bundan qabaq baş vermişdi. Monika asqırdığı zaman iki boyun fəqərəsini zədələmişdi. 14 gün boynunda xüsusi fiksatorla gəzən qadın başını hərəkət etdirə bilməyib.
Həkimlərin sözlərinə görə, Monikaya gülmək və asqırmaq olmaz. Uzun müddət o, diqqətli olmalıdır.