07 iyun 2017 21:33
633

Dünyanın ən qaniçən toyu oldu

"Bizi ölüm də ayıra bilməz!" Bu sözlər toyun sloqanı idi.

ABŞ-ın Texas ştatındakı Ostin şəhərində yaşayan 30 yaşlı Loqan Souz və 29 yaşlı Deyli Ketrin ekstravaqant toy ediblər.

Milli.Az bildirir ki, onlar "dünyanın ən qaniçən toyu" adlandırdıqları mərasimdə qaniçənlər, vampirlər obrazlarında idilər.

Təzə bəy vampirlər hökmdarı knyaz Drakula kimi, gəlini isə vampirin qurbanı olan şahzadə təki geyinmişdi.

120 min dollara başa gəlmiş toy üçün kirayələnmiş lüks restorana qırmızı işıq salınmışdı. Deyli Ketrinin gəlinlik paltarı isə 45 min dollara başa gəlmişdi.

Loqanın dediyinə görə, toy üçün 30 min dollar nəzərdə tutsa da, sonradan xərclər 4 dəfə artıq olub.

Toyda Drakula ruhunda tort, striptizçi rəqqasələr, xüsusi dəvət olunmuş məşhur müğənnilər və qruplar da vardı.

Həmin əyləncə xərcləri isə ayrı hesablanıb.