09 iyun 2017 16:07
440

Körpə cinsiyyətini təzyiqə əsasən müəyyən etmək üsulu

Ana bətnindəki körpənin cinsiyyətini öyrənməyin müxtəlif üsulları var. Bu sahədə ultrasəs müayinəsi ən səmərəli üsul olsa da, dünyaya oğlan və ya qız övladı gələcəyini tam dəqiqliklə açıqlaya bilmir.

AZƏRTAC Rusiyada çıxan “AiF” qəzetinə istinadla xəbər verir ki, Kanadanın Toronto şəhərində Maynt Sinay xəstəxanasının alimləri 1400 hamilə qadın üzərində araşdırma aparıb. Araşdırma ortaya maraqlı nəticə çıxarıb: hamiləliyə qədər sistolik təzyiqi yüksək olanlar daha çox oğlan, aşağı olanlar qız uşağı dünyaya gətirirlər.