16 iyun 2017 23:41
429

ABŞ-da biyabırçı sorğu

Milyonlarla insan şokoladlı südün qəhvəyi inəkdən sağıldığını düşünür

ABŞ-da keçirilən bir sorğunun nəticələri şok effekti yaradıb.

"Ölkə.Az" xəbər verir ki, ölkədə hər yeddinci yetkin insan şokoladlı südün qəhvəyi rəngli inəklərdən əldə edildiyini düşünür. Bu rəqəm 16.4 milyon nəfərdir. Bu rəqəm ümumi olaraq Pensilvaniya ştatında yaşayan insanların sayına bərabərdir.
 
Amma bu ilk və sonuncu biyabırçı sorğu deyil. Ölkədə kənd təsərrüfatına dair aparılan araşdırmalar göstərir ki, amerikalılar kənd təsərrüfatı barədə ibtidai biliklərə də sahib deyillər. Məsələn, Kənd Təsərrüfatı nazirliyinin apardığı araşdırmadan məlum olub ki, hər beş nəfərdən biri hamburqerlərin ətdən hazırlandığını bilmir. Bundan başqa isə ölkə əhalisinin 30 faizi pendirin süddən alındığını bilmir.