19 iyun 2017 15:34
502

1600 il yaşı olan "Mozaika" tapıldı

Türkiyənin Adıyaman bölgəsində yerləşən Gölbaşı ərazisində tapılan mozaika arxeoloqları təəccübləndirib.

Publika.az xəbər verir ki, iki qardaş - Kamal və Mehmet tərəfindən tarlada aşkarlanan mozaikanın 15-16-cı əsrə aid olduğu ehtimal edilir.

Digər bir ehtimala görə, mozaika Roma dövrünə aiddir. Arxeoloqlar mozaikanın strukturunu araşdırdıqdan sonra daha dəqiq informasiyalar veriləcəyini bildiriblər.