19 iyun 2017 22:32
612

Dubayda hava taksiləri istifadəyə veriləcək

BƏƏ-nin Dubay şəhərində pilotsuz hava taksilərinin sınaqdan keçiriləcəyi elan edilib.

Trend-in məlumatına görə, sınaqlara bu ilin sonunda başlanması nəzərdə tutulub.

Şəhər idarəsindən verilən məlumata görə, sınaqların 5 il müddətində davam etməsi planlaşdırılıb.

Qeyd olunur ki, hava taksiləri bütün təhlükəsizlik şərtlərinə cavab verəcək və sərnişinlər insan müdaxiləsi olmadan bu taksilərdə hərəkət edə biləcəklər.