07 iyul 2017 16:20
767

Orxan Hüseynzadə "Neftçi”nin prezidenti təyin edildi

"Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib. Təsisçinin qərarı ilə "İcraçı direktor” vəzifəsi ləğv edilib, "Prezident” və "Vitse-prezident” vəzifələri təsis edilib.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

Müşahidə Şurası əvvəlki tərkibdə "Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək.

Məhərrəm Ağalaroğlu