Sinqapurlu Stiv Fişer şəxsi evinin tikintisinə bir neçə milyon dollar xərcləyib.
AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, qonaqları eksklüziv dizayna malik qonaq və 3 yataq otaqları, həmçinin duzlu dəniz suyu doldurulmuş hovuzdan əlavə təəccübləndirən hovuzun altında tikilmiş istirahət otağıdır.
Yalnız bu otaq nə az, nə çox ev sahibinə 1 milyon dollara başa gəlib.
Stiv burada qonaq qəbul etməyi və dostları ilə filmlərə baxmağı xoşlayır. Otağın divarları çox şəffafdır və qalınlığı 11,5 santimetr olan xüsusi maddədən hazırlanıb.