07 iyul 2017 21:21
492

Dünyanın ən uzun dəniz körpüsünün tikintisi başa çatıb

Honkonq, Cuhay və Makaonu birləşdirən dünyanın ən uzun dəniz körpüsünün əsas konstruksiyasının tikintisi başa çatıb.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, körpünün tikintisi 7 ilə tamamlanıb və artıq 2017-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

Təxminən 7 kilometrlik yeraltı tunellə birlikdə körpünün uzunluğu 55 kilometrdən çoxdur. Onun tikintisində 420 min ton polad işlədilib.