08 iyul 2017 00:59
828

2100-cü ilin ən çox əhalisi olan ölkələri

Hər il dünya əhalisi 83 milyon nəfər artır.

BMT-nin hesabatlarına əsasən 2050-ci ildə dünya əhalisi 10 milyarda çatacaq.

Hazırda dünyada 7.6 milyard insan yaşayır. 2050-ci ildə isə bu rəqəm 10 milyarda çatacaq.

Hesabata əsasən bəzi ölkələrin əhalisinin sürətlə artacağı halda, bəzilərinin isə azalacaq. Populyasiyaya isə üç faktor təsir edir: doğuş, ölüm və miqrasiya.

BMT-nin hesabatına əsasən 2100-cü ildə ən çox əhaliyə sahib ölkələr bunlar olacaq:

9. Uqanda-214 milyon nəfər;
8. Efiopiya-250 milyon nəfər;
7. Tanzaniya-304 milyon nəfər;
6. İndoneziya-306 milyon nəfər;
5. Pakistan-352 milyon nəfər;
4. Demokratik Konqo Respublikası-447 milyon nəfər;
3. Nigeriya-794 milyon nəfər;
2. Çin-1 milyard nəfər. Qeyd edək ki, Çinin əhali sayı 2050-ci ildə 1.3 milyard olsa da, sonradan azalmağa doğru gedəcək.
1. Hindistan-1.5 milyard nəfər.