08 iyul 2017 00:02
511

Arxeoloqlar yeni kəşfə imza atıblar

Alimlər kabuslar şəhəri Teotiuakan piramidalarının sirrini tapdılar

Alimlər Teotiuakan şəhərindəki müəmmalı piramidaların axirət dünyasının surəti olduğuna dair sübutlar tapıblar. 

Meksika milli antropologiya və tarix institutunun alimləri kompüter skanerləmə vasitəsilə Ay piramidasının altında tunel tapıblar. Çox güman ki, qədim dövrlərdə bu tunel müxtəlif dini ayinləri həyata keçirmək üçün inşa edilib. Kəşf sübut edib ki, Teotiuakan sakinləri nəhəng piramidaların tikintisində eyni nümunəyə görə hərəkət ediblər. Bu binaların funksiyası axirət dünyasına bənzəməkdir. 

Tunelin uzunluğu 103 metrdir. Hazırda alimlər qazıntı işləri aparmaq barədə düşünürlər.

Ay piramidası qədim şəhərin ikinci ən böyük binasıdır. Şəhər eramızın II əsrində çiçəklənmə dövrünü yaşayıb. 500 il sonra isə naməlum səbəbdən şəhər dağılıb, sakinləri yoxa çıxıb.