11 iyul 2017 15:29
464

“SOCAR-AQŞ” “Günəşli”də 323 saylı quyuda qazma işlərinə başlayıb

Qazma və quyu xidmətləri göstərən birgə müəssisə olan “SOCAR-AQŞ” “Günəşli” yatağındakı 7 saylı stasionar dəniz özülündən 323 saylı quyuda qazma işlərinə başlayıb. Qeyd edək ki, sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyi olan 323 saylı quyunun Balaxanı X horizontuna qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2770 metr təşkil edir. 

Məlumat üçün bildirək ki, “SOCAR-AQŞ” dayaz sulu “Günəşli” yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağında 20 saylı, “Ümid” yatağının 1 saylı və  “Bulla” yatağında  6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ)  qazma işləri aparır.

“SOCAR-AQŞ” həmişə olduğu kimi, bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

Orxan Vahidoğlu, “İki sahil”