İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresi çərçivəsində aparıcı neft-qaz şirkətləri üçün sərgi təşkil olunub. Azərbaycanı sərgidə Dövlət Neft Şirkəti (SOCAR) təmsil edir.
SOCAR-ın pavilyonunda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft strategiyası nəticəsində Azərbaycanın qazandığı uğurlar nümayiş olunur. Buradakı monitorlarda ölkəmizdə karbohidrogen ehtiyatlarının tapılması üçün aparılan kəşfiyyat-axtarış işlərindən görüntülər, neft-qaz yataqlarının işlənilməsini, beynəlxalq ixrac kəmərlərinin tikintisini əks etdirən videoçarxlar təqdim edilir.
Dünyanın aparıcı neft-qaz şirkətlərinin təmsilçiləri Azərbaycan bölməsinə böyük maraq göstərirlər.
SOCAR-ın prezidenti “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru ilə görüşüb