11 iyul 2017 16:55
427

Təyyarənin ayaqyolundan qızıl külçələr tapılıb

Yaponiyanın Kansay aeroportunun əməkdaşları Tayvandan gəlmiş “Vanilla Air” şirkətinə məxsus sərnişin təyyarəsinin ayaqyolunda bir neçə on kiloqramdan artıq qızıl külçələr aşkar ediblər.

NHK telekanalının məlumatına görə, təyyarə bazar günü səhər aeroporta enib. Budan sonra aviaşirkətin nümayəndələri təhlükəsizlik xidmətinə ayaqyolundakı divarın qəribə göründüyü barədə məlumat veriblər.

Hava gəmisinə baxış zamanı ayaqyolundakı panellərin arxasında bir neçə on kiloqramdan artıq qızıl külçələrin gizlədildiyi məlum olub.

Hazırda aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları qiymətli metalın kim tərəfindən təyyarədə gizlədildiyini araşdırırlar. Hadisə barədə əlavə məlumat verilmir.