“Neft Daşları” yatağında 1954 A nömrəli estakadayanı meydançadan 2686 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.
“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a bildiriblər ki, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1300 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
SOCAR-ın prezidenti “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru ilə görüşüb