Gürcüstan Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası Tbilisi əhalisi üçün qazın istehlak tarifini 1,2% artırıb.
“Report”un “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, “KazTransQaz Tbilisi” qazpaylayıcı şirkətinin abonentləri üçün qazın 1 kubmetrinin tarifi ƏDV daxil olmaqla 46,153 tetriyə qədər artırılıb.
Dəyişiklik iyulun 20-də qüvvəyə minəcək və 2018-cı il dekabrın 31-dək qüvvədə qalacaq.
Tarifin qaldırılması ilə bağlı qərar şirkətin müraciəti əsasında qəbul edlib.
Hazırda Tbilisidə 1 kubmetr qazın tarifi 45,62 tetri təşkil edir.