19 iyul 2017 01:40
366

Yadplanetlilərlə ünsiyyət üçün yeni cihaz

Mühəndislərdən yeni ixtira. Amerikalı mühəndislər yeni layihəyə imza atıblar.

"Ölkə.Az" xəbər verir ki, alimlər yadplanetlilərlə ünsiyyət qurmaq üçün yeni qurğu icad etdiklərini bildiriblər. Yeni cihaz xüsusi lazer aparatıdır. Bu aparat atmosferdəki qısamüddətli işartıları tutacaq. Bunun köməyi ilə yadplanetlilər bizə siqnal göndərə biləcəklər.

Tədqiqatçıların fikrinə görə, bu yaxınlara qədər ehtimal edilirdi ki, yerdənkənar sivilizasiyanın nümayəndələri bizimlə daim ünsiyyət qura bilərlər, sadəcə bunun üçün bu informasiyanı "eşidə bilən" kifayət qədər güclü qurğu lazımdır.

"Laser SETi" layihəsində işləyən alimlər isə bunun əksini düşünürlər. Onların fikrinə əsasən yadplanetlilər daim efirdə olmaq məcburiyyətində deyillər. Onlar istənilən qədər kiçik fraqment və informasiyalar göndərə bilərlər. Nəzərdə tutulan yeni cihaz isə bu tip məlumatları tuta bilər.

Hazırda ABŞ-dan olan mühəndislər komandası cihazı tamamlamaq üçün vəsait toplayırlar. Bu iş üçün onlara cəmi yüz min dollar vəsait lazımdır.