19 iyul 2017 00:51
407

Amerikada robot-polis "intihar etdi"

ABŞ-da robot-polis fəvvarəyə girərək batıb.

Hadisə ticarət mərkəzlərinin birində baş verib. "Knightscope" şirkətinin robot-mühafizəçisi açıq fəvvarəyə girib və batıb.

Bu robotlar asayişə nəzarət edir, hadisələri lentə alaraq birbaşa operatora yönəldir. Robotun qeyri-adi gözlənilməz qərarının səbəbi məlum deyil. Hadisə yerinə cəlb edilən şirkət əməkdaşları robotu sudan çıxarıblar.