Rusiyada bir şəxs evdə bəslədiyi 2 metrlik timsahını sahildə gəzdirib.
"Ölkə.Az" xəbər verir ki, hadisə Qara dənizin sahilində yerləşən Krasnodar şəhərinin Anapa qəsəbəsində baş verib. Dənizdə üzən və sahildə dincələnlər əvvəlcə gözlərinə inanmayıblar.
Timsah heç kəsə hücum etməyib və özünü kifayət qədər sakit aparıb. Uşaqların oynadığı çimərlikdə timsah gəzdirən şəxs sonradan həbs edilib. O, timsahı evində bir akvariumda saxladığı və pul qazanmaq iddiası ilə həbs edilib.