20 iyul 2017 00:45
513

81 milyon illik dinozavr dişi tapıldı

Yaponiyanın Naqasaki vilayətində alimlər Təbaşir dövrünə aid dinozavr dişləri tapıblar.

"Ölkə.Az" xəbər verir ki, 35 ədəd diş 81 milyon il əvvələ aiddir və o dövrün eko sisteminə dair yeni məlumatlar əldə etməyə kömək edəcək.

Dişlər 81 milyon il əvvəlki Təbaşir dövrünə aiddir. Ən böyük diş 1.7 sm uzunluğunda, 1 sm enindədir.

Qeyd edək ki, Yaponiyanın digər bölgələrində də müxtəlif vaxtlarda dinozavr skeletlərinə rast gəlinib.