20 iyul 2017 21:29
488

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində növbəti nəzarət auditi keçirilib

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində TS EN ISO/IEC 17024 beynəlxalq standartı üzrə növbəti nəzarət auditi keçirilmişdir

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi qaynaqçıların hazırlanması, sertifikatlaşdırılması və attestasiyasını TS EN ISO / IEC 17024 “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” və TS EN ISO 9606-1 “Qaynaqçı bacarıq sınağı” beynəlxalq standartlarının tələblərinə uyğun olaraq həyata keçirir.19-20 iyul tarixlərində Türk Akkreditasiya Təşkilatının nümayəndələri tərəfindən TTSİ-də növbəti auditin keçirilməsi ilə bağlı müvafiq mütəxəssislərin iştirakı ilə toplantı olmuşdur. TTSİ-nin rəisi Fuad Süleymanov auditorların nəzərinə çatdırmışdır ki, idarə qaynaq texnologiyalarını beynəlxalq standartların tələblərinə uyğun şəkildə tətbiq edir, kollektiv və fərdi müraciətlərə əsasən TS EN ISO / IEC 17024 “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” və TS EN ISO 9606-1 “Qaynaqçı bacarıq sınağı” beynəlxalq standartlarının tələb və şərtlərinə uyğun olaraq müxtəlif qaynaq metodları üzrə qaynaqçı personalı üçün nəzəri və praktiki sınaqlar keçirir. Bu sınaqlardan müvəffəqiyyətlə çıxan qaynaqçılara “SOCAR” və ya beynəlxalq “TÜRKAK” loqolu sertifikatlar təqdim olunur. Baş auditor, Türk Akkreditasiya Təşkilatının nümayəndəsi Seher Batur və TURKAK-ın texniki mütəxəssisi Özlem Karamanın iştirak etdikləri toplantıda auditin keçirilmə proseduru haqda məlumat verilmişdir. 

İki günlük audit zamanı TTSİ-nin müvafiq fəaliyyət sahələri yoxlanılmış, auditorlar görülən işləri müsbət qiymətləndirmiş və akkreditasiya müddətinin davamına qərar verilmişdir.