21 iyul 2017 01:07
337

Yerə nəhəng asteroid yaxınlaşır

Yer kürəsinə nəhəng asteroid yaxınlaşır.

ABŞ alimləri bu barədə xəbərdarlıq ediblər. Bildirilir ki, həftənin şənbə günü 1.1 km diametri olan asteroid planetimizə yaxınlaşacaq.

Qeyd edilən asteroid bu il planetimizə yaxınlaşan 900 səma cismindən biridir. Astronomlar qeyd ediblər ki, asteroid saatda 86.6 min km/saat sürətlə hərəkət edir.

Əgər asteroid trayektoriyasını dəyişsə, böyük təhlükə baş verə bilər.