Norveç dünyada təqaüdçülər üçün ən yaşı ölkə seçilib.
Bu barədə “Natixis” maliyyə korporasiyasının apardığı tədqiqatın nəticələrində deyilir.
“Qlobal Pensiya İndeksi-2017” adlı siyahının ilk beşliyinə həmçinin İsveçrə, İslandiya, İsveç və Yeni Zelandiya daxil edilib.
Almaniya reytinqdə yeddinci, ABŞ -17, Fransa isə 19-cu sırada qərarlaşıb.
Təqaüdçülər üçün ən pis ölkələr isə Türkiyə, Rusiya, Braziliya, Yunanıstan və Hindistan adlandırılıb.
Hesablamalar zamanı dörd əsas amil istifadə olunub: səhiyyənin səviyyəsi, təqaüdün məbləği, həyat keyfiyyəti, maddi rifah.
Natixis — Fransanın ən iri banklarında biridir. 2013-cü ildən etibarən “Qlobal Pensiya İndeksi”ni hesablayır. (oxu.az)