21 iyul 2017 16:16
343

Çində qum heykəllərdən ibarət park yaradılır

Yüksək və yeni texnologiyaların mənimsənilməsi rayonu olan Bincou Çində Xuanxe çayının aşağı axınında yerləşir. Burada bir hektar ərazidə qumdan hazırlanmış heykəllərdən ibarət nəhəng tematik park yaradılır.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, park çoxlu bölmələrdən ibarətdir. Burada qum heykəllər, relyef, animasiya və digər zonalar var. Hazırda park ərazisində çinli heykəltəraşlar qumdan hazırlanmış 30-dan çox əsərin üzərində dəqiqliklə işləyirlər.

Avqustun ilk günlərində parkın ziyarətçilərin üzünə açılacağı gözlənilir.