OPEC təşkilatı 2017-ci ilin IV rübündə ABŞ-ın neft hasilatçıları ilə bazardakı vəziyyəti müzakirə etmək üçün görüşə bilər. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.
M.Barkindo qeyd edib ki, ilk dəfə OPEC tarixində ABŞ neft hasilatçıları ilə dialoqa başlayıb: "Biz onlara əlimizi uzatmışıq. Onlar da bizi qəbul edib dialoqa başlamağa çağırıblar. Son rübdə dialoqun davam edəcəyini düşünürəm".
OPEC rəsmisi zamanla ABŞ neft hasilatçılarının da neft bazarının sabitləşməsi üçün OPEC anlaşmasına qoşulacağına ümid etdiyini bildirib. Belə ki, ABŞ-da artan neft hasilatı OPEC atdığı bütün addımları nəticəsiz qoyur.