25 iyul 2017 01:30
434

Uzun müddət sükan arxasında oturmaq kütləşdirir

Lester universitetinin alimləri yeni təcrübənin nəticələrini açıqlayıblar.

Alimlərin fikrinə əsasən, gündəlik 2 saatdan çox sükan arxasında oturmaq və 3 saatdan çox televizora baxmaq insanın İQ səviyyəsini aşağı salır.

Alimlər bildirirlər ki, uzunmüddətli sükan arxasında oturan və ya televizor seyr edən şəxslərin beyninin aktivliyi azalır. Bu isə İQ səviyyəsinə mənfi təsir edir.

Ekspertlər bildirirlər ki, İQ səviyyəsini artırmaq üçün intellektual məşğuliyyətə baş vurmaq lazımdır. Məsələn, şahmat və kompüter oyunları kimi.

Alimlər 5 il ərzində Böyük Britaniyanın 37-73 yaş aralığında olan 500 mindən çox sakini üzərində tədqiqat apararaq bu nəticəyə gəliblər.