25 iyul 2017 21:15
336

Dünyanın ilk pilotsuz gəmisi gələn il istifadəyə veriləcək

Dünyanın ilk pilotsuz gəmisi 2018-ci ildə istifadəyə veriləcək.

İKT.lent.az-ın "Fortune"-yə istinadən xəbərinə görə, gəmi 25 milyon dollara başa gələcək ki, bu da eyni ölçülü adi gəmidən 3 dəfə ucuz olacaq, yanacaq və ekipaja isə ildə 90% qənaət edəcək.

"Yara Birkeland" adlı gəmi Norveçin "Yara" gübrə istehsalçısı şirkətinin və naviqasiya sistemləri üzrə ixtisaslaşmış "Kongsberg Gruppe" şirkətinin birgə layihəsi olacaq.

Elektrik gəmisi o qədər də böyük olmayacaq, cəmi 100-150 konteynerdən ibarət olacaq.