25 iyul 2017 21:34
654

Kompleks tədqiqatlar laboratoriyası beynəlxalq qarşılaşdırma testlərində uğurla iştirak edib

SOCAR-ın Ekologiya İdarəsinin Kompleks tədqiqatlar laboratoriyası (KTL) müasir beynəlxalq standartları tətbiq edərək iş fəaliyyətini genişləndirir. KTL iyul ayında İngiltərənin bu sahədə ixtisaslaşmış nüfüzlu şirkəti LGC-nin 100-dən artıq beynəlxalq laboratoriya arasında təşkil etdiyi su nümunələrinin təhlili üzrə qarşılaşdırma testində iştirak etmişdir. Göndərilmiş su nümunələri 33 parametr üzrə analiz olunmuş və nəticələr beynəlxalq qarşılaşdırma testini təşkil edən LGC şirkətinə təqdim edilmişdir. 

LGC şirkətinin rəyinə əsasən, aparılmış qarşılaşdırmanın nəticəsi olaraq KTL 96% uyğunluq əldə etmişdir ki, bu da uğurlu nəticə sayılır. Bu cür nəticələrin əldə olunması yerli və beynəlxalq şirkətlərlə əməkdaşlığın qurulmasında laboratoriya üçün geniş imkanlar yaradır. Qeyd edək ki, KTL 2012-ci ildən TurkAK tərəfindən TS EN İSO/İEC 17025:2012 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiyadan keçmişdir.