16 fevral 2016 20:47
236

Gənc kadrların hazırlanmasına böyük önəm verilir

“Azneft” İstehsalat Birliyində yüksək səviyyəli gənc və perspektivli mühəndis-texniki kadrların hazırlanması məqsədi ilə “2015/2016-cı illərdə gənc mütəxəssislərin karyera imkanlarının genişləndirilməsi” proqramı çərçivəsində növbəti seminar keçirilmişdir.Proqram haqqında məlumat verilmiş, hazırda ölkəmizdə yüksək elmi-texniki biliklərə malik kadrların yetişdirilməsi, gənclərin intellektual səviyyəsinin artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmış, bunun üçün lazımi şəraitin yaradıldığı vurğulanmışdır. 

Seminarda “Yan lülə ilə quyuların qazılması texnologiyası”, “Su hövzəsinə düşmüş neftin yaratdığı fəsadlar və onların həlli yolları” və “Neft çıxarma proseslərində innovasion texnologiyaların işlənməsi və tətbiqi” mövzularında mühazirələr dinlənilmişdir. Sonda gənc mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılmış, geniş fikir mübadiləsi aparılmışdır.