ABŞ prezidenti Donald Trampın 2005-ci ildə xeyriyyə aksiyalarından birində çəkdiyi rəsm satılıb. Aksiya uşaqlar arasında təhsil səviyyəsinin artırılmasına həsr olunmuşdu. Xeyriyyə aksiyasına qatılanlar arasında senator Con Makkeyn və aktrisa Şarliz Teron da vardı.
Milli.Az bildirir ki, rəsmi "Nate D. Sanders Auctions" hərracında 29184 dollara alıblar.
Nyu-Yorkun siluetinin əks olunduğu rəsmin alıcısının adı açıqlanmır.