01 avqust 2017 14:30
355

Dünya birjalarında neftin qiyməti

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar artaraq 44,73 dollar təşkil edib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar artaraq 50,11 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar azalaraq 53,60 dollar təşkil edib.